Hərbi qulluqçumuz hücuma məruz qalıb

Hərbi qulluqçumuz hücuma məruz qalıb
 

 

  

Paralel.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Erməni əsilli şəxs silahı ələ keçirməyə cəhd göstərib, lakin hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edəni zərərsizləşdirib. 

Bu barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. 

Faktla bağlı araşdırma aparılır.

Şahnaz, Paralel.az

0.099922180175781