Çingiz Şahbazi Xudatdan yazır...
Dekabr ayının 1-dən 24-dək , Asan xidmətin səyyar avtobusu Xudat şəhərində əhaliyə xidmət göstərəcək.
Nə qədər desələr də Asan xidmət Azərbaycanın brendidir falandır boş şeydir.Fakt ortada.Xudatdan Qubaya taksi 40 manata aparır və gətirir.Bir şəxsiyyət vəsiqəsini almaq üçün və yaxud da başqa bir sənəd olsun iki dəfə Qubaya getmək lazımdır.Görün nə qədər yol xərci çıxır.Bunları deməkdə məqsədim ondan ibarətdir ki, hal hazırda Xudatda xidmət göstərən Asan xidmətin rəhbərliyi ilə söhbət apardım və onlara,Qubada Asan xidmətin əsas binasında hazır olunan sənədlərin,vətəndaşların müraciəti əsasında, Xudat şəhərinə gətirib təqdim etmə,hazır sənədin verilmə prosedurunu həyata keçirərdiniz.Vətəndaşların maddi durumunu nəzərə almaq lazımdır.Onları artıq yol xərclərindən xilas edərdiniz.Cavab , xeyir bizdə belə xidmət növü yoxdur.Əslində bu cavab bizim brendimizdir.Birdə ki, yoxdur deməklə məsələ həll olunmur.Ştat açın,bu işləri həyata keçirin.Kiçik ölçülü avtomobillər vasitəsilə, hazır sənədlərin alınma prosesini vətəndaşların yaşadığı ərazilərdə,yerli inzibati binalarda həyata keçirin.Əks təqdirdə bir şəxsiyyət vəsiqəsi,bir Xudat sakininə 85 manat 40 qəpiyə başa gəlir.Bir Quba sakininə 5 manat 40 qəpiyə başa gələn sənəd nə üçün Xudat sakininə bunun təxmini 10 qatına olmalıdır?Bu sosial ayrıseçkilik məsələsini kimsə yoluna qoymaq üçün addım atacaqmı?
Paralel.az