Bakıda sərnişin avtobusun ödəniş terminalını sındırıb

 Bakıda sərnişin avtobusun ödəniş terminalını sındırıb
 

Paralel.az xəbər verir ki, Bakıda sərnişin avtobusun ödəniş terminalını sındırıb. Hadisə anını əks etdirən video-qeyd sosial şəbəkələrdə paylaşılıb

Dekabrın 1-i saat 18:50 radələrində 49 saylı xətt avtobusunda sərnişin xuliqanlıq edib. Avtobusa minən sərnişin nağd ödəniş etmək istəyib, lakin sürücü ödənişin kartla olduğunu bildirib. Bununla razı olmayan sərnişin mübahisə edib və ödəniş terminalına yumruqla vuraraq sındırıb. Nəticədə şirkətə 13.400 manat ziyan dəyib.

Faktla bağlı araşdırma davam edir, lakin hadisəni törədən şəxs hələ saxlanılmayıb.
A. Nəsirli

0.013704061508179