Xəstənin burnundan diş implantı çıxarılıb
Paralel.az xəbər verir ki, Nijni Novqorod həkimləri tərəfindən unikal əməliyyat keçirilib: “Onlar xəstənin burnundan diş implantı çıxarıb.
Diş implantı quraşdırma zamanı yəqin ki, kişinin burnuna girib. Bu, çənənin anatomik quruluşunun xüsusiyyətlərinə görə ola bilər.
İmplant maksiller sinusa ilişib və sonradan göbələk infeksiyasına səbəb ola bilər.
Həkimlər kəsiksiz endoskopik əməliyyat keçirib və diş quruluşunu təhlükəsiz şəkildə çıxarıblar”.
Nigar