Astara sakinləri problemin həllini gözləyirlər
Bir qrup Astara şəhər sakini redaksiyamıza müraciət edib. Onlar bitib-tükənməyən problemlərinin həll olacağı günü gözləyirlər. Sakinlərin dediyinə görə, şəhərə Xanbulandan gələn ana su xəttində qəza baş verib. Lakin 10 gündür bu qəzanı aradan qaldıran yoxdur. Şikayətçilərin sözlərinə görə, Astara şəhərinə yağan yağış və kanalizasiya suları quyu suları ilə qarışıb:
"Quyu suyundan istifadə etmək xəstəliklərin yaranmasına səbəb olur. Sabah 10 gün olacaq ki, hələ də qəzanı aradan qaldıra bilmirlər. Heç rayon icra hakimiyyəti bir dəfə də olsun bu məsələ ilə maraqlanmayıb. Bir nəfər yoxdur ki, tapıb sözünü deyəsən, məlumat alasan. Rayonda bir-birinin kitabına baxan yoxdur. Belə davam etsə şəhər sakinləri suya həsrət qalacaq- deyə, müraciətdə bildirilir.
Şahnaz, Paralel.az