COVİD-19 infeksiyası simpitomlarla müəyyənləşdirilmir

COVİD-19 infeksiyası simpitomlarla müəyyənləşdirilmir
 

Paralel.az xəbər verir ki, son zamanlar əhali arasında koronavirus infeksiyasını əlamətlərlə müəyyənləşdirməyə çalışan vətəndaşlarımızın sayı artıb. Lakin mütəxəssislər çağırır ki, simpitomlar müşahidə edildikdə mütləq  PZR testi verilməlidir.

Bu xüsusda həkim-infeksionist Könül İsmayılova aşağıdakıları söyləyib:

"Yuxarı tənəffüs yollarının virus xəstəlikləri ilə COVID-19 infeksiyasının simptomları çox oxşardır.

Yəni, hər ikisi baş ağrısı, əzələ ağrıları, yorğunluq, burun axması, boğaz ağrısı, halsızlıqla müşayət olunur. Lakin istənilən halda heç bir klinik simptom əsasında diaqnozun dəqiqləşdirilməsi mümkün deyil. Yalnız PZR test, yəni polimer zəncirvari reaksiya testinə əsasən xəstəliyin koronavirus olub-olmadığını dəqiqləşdirmək olar.

KT müayinəsi, ağciyərlərin rentgen müayinəsinin nəticələri və s. COVID-19 xəstəliyinin birbaşa olaraq göstəricisi deyil. Bu diaqnostik müayinələr sadəcə olaraq ağciyərdə gedən proseslərin ağırlaşma dərəcəsini təyin etməyə kömək edir".
A. Nəsirli

0.036742925643921