Ana dilinə kəm baxanlar, gözünüz çıxsın!
İdris Abbasov yazır:
Binəqədi rayon 21 nömrəli uşaq poliklinikasındayam. Özümü Vətəndə yox, Rusiyada hiss etdim. Tibbi xidmət baxımından yox, dil baxımından. Həkimlər rusca danışaraq göylə gedirlər və Azərbaycan dilində isə Əbdürrəhman Vəzirovsayağı aşağılayıcı şəkildə hıqqına-hıqqına höccələyirlər. Hətta bir pasiyent ona “zdrasti” dedi, həkim “podajdite” cavabını verdi. Həkim həmkarına zəng edən nevropatoloq təkcə rus dilində danışdı. Mən rus dilini “başa düşmədiyim”dən mənimlə “Vəzirovun dili”ndə danışdı. Yazıq olub yaman günlərə qalmışıq.
PS. Öz Vətənimizdə, öz dövlət müəssisələrimizdə niyə Ana dilinə kəm baxılmalıdır?
Paralel.az