Keçmiş polis əməkdaşı və ailəsi həlak olub

Keçmiş polis əməkdaşı və ailəsi həlak olub
 

 

 

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi evdə yanğın qeydə alınıb. Yerli KİV-lər xəbər verir ki, hadisə baş verən evdə 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, həyat yoldaşı Kərimova Nailə İsa qızı və bir yaş yarımlıq oğlu Pünhan tüstüdən boğularaq həlak olublar.

Yanğın evin damından başlayıb və tavanın materiallarının yanması nəticəsində bir ailənin üzvləri boğulub.

Miri Kərimov keçmiş polis əməkdaşıdır.

 

Züleyxa, Paralel.az

0.012614011764526