Sonun nə zaman gələcək? 

Sonun nə zaman gələcək? 
 
Özbaşınalıq hələ çox davam edəcək?
 
Abşeron  rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova haqqında çox şeylər yazmaq olar. 
Ondan başlayaq ki, ucqar bir əyalət xəstəxanasında pediatr işləyən İradə xanım yəqin bir gün ağlına belə, gəlməzdi ki, nə vaxtsa Abşeron kimi zəngin bir rayonun icra başçısı olacaq. 
Beləliklə, 2015-ci ildə İradə Gülməmmədova  Abşeron rayon icra hakimiyyətinin başçısı oldu. O, qıısa vaxtda Abşeron rayonunda rüşvət və korrupsiya şəbəkəsi qurdu və qohum-əqrəbasını başına topladı. 
Mediada yayılan xəbərlərə görə, İradə xanım qardaşını, bacısı oğlunu, qohum-əqrəbasını  Abşeronun kəndlərinə ezam edib ki, kim daşı daş üstə qoysa mütləq İradə xanımın pulunu göndərməlidir.
Az vaxtda Abşeronun Saray, Mehdiabad, Qobu, Hökməli, Güzdək, Ceyranbatan qəsəbələrinə, Məmmədli, Fatmayi, Görədil kəndlərinə səs yayıldı ki, rayona bir zənən xeylağı başçı gəlib, kimi tutsa "cibini kəsir". Qısa vaxtda qardaşı Rövşən Quliyev, bacısı oğlu Babək Zalov başda olmaqla  böyük bir briqada kəndlərdən, qəsəbələrdən xərac toplamağa başladılar. İradə Gülməmmədovanın həyat yoldaşı Yolçu  Gülməmədov isə gecə səhərəcən evinə gələn pulları saymaqla məşğuldur. Beləliklə, Yolçu müəllim milyonçu oldu. 
Yolçunun əmlakının az bir hissəsinə nəzər salaq:
1.    “Vimay” Tibb Mərkəzi
2.    “Vimay- Med” klinikası
3.    “Af - Gen” klinikası
4.    Repose Travel turizm şirkəti
5.    Apteklər şəbəkəsi 
6.    Rusiyada  şirkətləri
Bu onların müklərinin az hissəsidir. 
Görəsən, bu kasıb ailə qısa vaxtda necə milyonçuya çevrildi. 
Əlbəttə, rüşvətin və korrupsiyanın hesabına. 
İndi  həmin korrupsiya şəbəkəsi bir neçə aydır ki, hüquq-mühafizə orqanları tərəfindən həbs olunublar. 
Təsəvvür edirsiniz  icra hakimiyyətinin baş memarı qanunsuz tikililərə, alınan rüşvətə görə həbs olunur, İradə Gülməmmədovaya  gözün üstə qaşın var deyən olmur. Axı, baş memar kimdir ki, icra başçısının icazəsi olmadan torpaq satsın, tikintiyə icazə versin, rüşvət alsın? 
Başçının icazəsi olmadan icra hakimiyyətinin heç bir əməkdaşı  addım ata ilməz. Yayılan xəbərlərə görə, bu işlərin başında İradə Gülməmmədova özü durur.  
Artıq Abşeron icra hakimiyyətindəki həbslərin istintaqı yekunlaşıb. Buyurun bu da İradə Gülməmmədovanın  rüşvət və korrupsiya “ŞAYKA”sının  siyahısı:
1.    Əliyev Akif Ələs oğlu, 
2.    Əhmədov Murad Fərhad oğlu,
3.    Əkbərov Cəfər Razim oğlu,
4.    İsmayılzadə Seymur Yadulla oğlu,
5.    Xəlilov Şamil  Rasim oğlu,
6.    Süleymanov Emin Sahib oğlu,
7.    Əliyev Novruz Azər oğlu,
8.    Zaliyev Babək Hacı oğlu,
9.    Ağaməmmədov Tural İrzəbəy oğlu. 
Yəqin ki, yaxın zamanda bu şəxslər törətdikləri cinayət əməllərinə görə layiq olduqları cəzanı alacaqlar. 
Bəs İradə Gülməmmədova ? 
Bu boyda cinayətkar  dəstəyə rəhbərlik edəsən və məsuliyyətdənn kənar qalasan ? Bu mümkün deyil.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, I dərəcəli hüquqşünas Məhərrəmov Tural Əbülfət oğlu, icraatımda ibtidai istintaqı aparılmış Əliyev Akif Ələs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3, Əhmədov Murad Fərhad oğlunun Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.2 və 32.4,312.2, Əkbərov Cəfər Razim oğlunun CM-in 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.3.2 və 32.4,312.2, İsmayılzadə Seymur Yadulla oğlunun CM-in 178.2.1, 178.2.3, 178.2.4, 32.5,311.3.3 və 32.4,312.2, Xəlilov Şamil Rasim oğlunun CM-in 178.2.1, 178.2.2, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4,312.2, Süleymanov Emin Sahib oğlunun CM-in 178.2.1, 178.2.3, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4, 312.2, Əliyev Novruz Arzu oğlunun CM-in 32.5,311.3.3, Zalıyev Babək Hacı oğlunun CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2, Ağaməmmədov Tural İrzəbəg oğlunun CM-in 178.2.1, 178.2.3, 32.5,311.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarını nəzərdən keçirib həmin iş üzrə toplanmış sübutları kifayət hesab edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 284-288-ci maddələrində nəzərdə tutulan tələbləri yerinə yetirdikdən sonra həmin Məcəllənin 289-cu maddəsinə əsasən hazırkı ittiham aktını 30 yanvar 2021-ci il tarixdə, saat 10:00-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Bakı şəhəri, S.Bəhlulzadə küçəsi 10A ünvanında yerləşən inzibati binasındakı xidməti otağımda tərtib etməyə başladım. Həmin cinayət işi 20 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə başlanmış və həmin tarixdə icraatıma qəbul edilərək ibtidai istintaqı aparılmışdır.  Cinayət işinin başlanmasına səbəb və əsas Bakı şəhər sakini Bəylərov Orxan Qənimət oğlunun 15.05.2020-ci il tarixli müraciəti üzrə aparılan ilkin araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti Mənzil kommunal təsərrüfat birliyinin Xırdalan şəhəri 3 saylı Mənzil təsərrüfat istehsalat istismar təmir sahəsinin rəisi vəzifəsində işləyən Əhmədov Murad Fərhad oğlunun əməllərində qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməyə cəhd və rüşvət verməyə təhrik etmə cinayətlərinin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin toplanması olmuşdur                      
 
İKİNCİ HİSSƏ
Azərbaycan Respublikası Baş prokurorunun 26.06.2020-ci il tarixli qərarı ilə  cinayət işi üzrə ibtidai istintaqın Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələri ilə davam etdirilməsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə həvalə edilmişdir. 
Cinayət işi 22.06.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.3 və 32.4,312.1-ci maddələrinə, 23.06.2020-ci il tarixdə CM-in 29,178.2.1, 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələrinə, 15.10.2020-ci il tarixdə CM-in 29,178.2.1, 29,178.2.3, 32.5,311.2, 311.2 və 32.4,312.1-ci maddələrinə, 21.12.2020-ci il tarixdə isə həmin Məcəllənin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 32.5, 311.3.2, 32.5, 311.3.3 və 32.4, 312.2-ci maddələrinə müvafiq tarixli qərarlarımla tövsif edilmişdir.
İş üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən 08.10.2020-ci il tarixdə 3 (üç) ay müddətinə, yəni 20.01.2021-ci il tarixə, 05.01.2021-ci il tarixdə isə 3 (üç) ay müddətinə, yəni 20.04.2021-ci il tarixə qədər uzadılmışdır.
 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbovun 21.12.2020-ci il tarixli qərarı ilə rəhbərliyimlə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, II dərəcəli hüquqşünas Mahmudov Hikmət Fərhad oğlu, mühüm işlər üzrə müstəntiq vəzifəsini icra edən, I dərəcəli hüquqşünas Hüseynzadə Toğrul Ələkbər oğlu və mühüm işlər üzrə müstəntiq, II dərəcəli hüquqşünas Qocaman Ələsgər Rəşad oğlundan ibarət tərkibdə birgə istintaq qrupu yaradılmışdır.
28.08.2020-ci il tarixdə tərəfimdən qəbul edilmiş qərarla Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi idarəsinin və Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları barəsində CM-in 308.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi birgə baxılması obyektiv araşdırılmasına mane olmadığından digər cinayət işi ilə Azərbaycan Respublikası CPM-nin 49-cu maddəsinə əsasən bir icraatda birləşdirilmişdir.
Cinayət işi 28 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq idarəsində istintaq olunan Məmmədov Fərid Ağasəlim oğlunun Azərbaycan Respublikası CM-in 222-2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinin əməkdaşları və Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları barəsində CM-in 308.2-ci maddəsi ilə ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş və 01 iyul 2016-cı il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri Quliyev Ziyafət Əliağa oğlu tərəfindən icraata qəbul edilmiş, 05 yanvar 2017-ci il tarixdə cinayət işinin istintaqı onun tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsi ilə dayandırılmışdır.
Cinayət işinin materiallarından Vəliyev İlyas Əjdər oğlu və Fərəcov Xəyyam Fərəc oğlunun, Qaraxani Nəriman Piruz oğlunun, Alıyev Ərani Seymur oğlunun, Məhərrəmov Vilayət Mansır oğlunun, Təhməzov Çingiz Ədil oğlunun, Dərgahov Nadir Nuşirəvan oğlunun ifadələrində, Nəcəfov Fizuli Saruxan oğlu, Yusifzadə Raul Rəhim oğlu və qeyrilərinin müraciətlərində göstərdikləri xüsusatlar üzrə Azərbaycan Respublikası CM-in 178.2.3 və 308.1-ci maddələri iləcinayət işi 5 yanvar 2021-ci il tarixdə tərəfimdən ayrıca icraata ayrılmış və həmin tarixdə tərəfimdən icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilir.
Əhmədov Murad Fərhad oğlu 20 iyun 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, müdafiəçisi Həsənov Nuralı İlyas oğlunun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini tam səmimiliyi ilə etiraf edərək peşmançılıq hissi keçirdiyini bildirmişdir.
 Əhmədov Murad Fərhad oğlu 22 iyun 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş, həmin tarixdə barəsində Binəqədi rayon Məhkəməsinin hakimi Ağayev Elçin Zəkəriyə oğlunun qərarı ilə 3 ay müddətinə, yəni 20 sentyabr 2020-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 11 sentyabr 2020-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun tərəfindən həbsdə saxlanılma müddəti 1 ay müddətinə, 20 oktyabr 2020-ci il tarixə qədər uzadılmış, 16 oktyabr 2020-ci il tarixdə Murad Əhmədova tərəfimdən CM-in 29,178.2.1, 29,178.2.3, 32.5,311.2 və 32.4,312.1-ci maddələri ilə yenidən ittiham elan olunmuş və 17 oktyabr 2020-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 yanvar 2021-ci il tarixə qədər uzadılmış, 25 dekabr 2020-ci il tarixdə tərəfimdən Murad Əhmədova CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.2 və 32.4,312.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 Əliyev Akif Ələs oğlu 23 iyun 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində Binəqədi rayon Məhkəməsinin hakimi Ağayev Elçin Zəkəriyə oğlunun qərarı ilə 4 ay müddətinə, yəni 20 oktyabr 2020-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 17 oktyabr 2020-ci il tarixdə həmin Məhkəmənin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 yanvar 2021-ci il tarixə qədər uzadılmış, 25 dekabr 2020-ci il tarixdə Akif Əliyevə tərəfimdən CM-in 311.3.2 və 311.3.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 Əkbərov Cəfər Razim oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə barəsində Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə ibtidai istintaq müddətinin sonunadək, yəni 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 İsmayılzadə Seymur Yadulla oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4, 32.5,311.3.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə barəsində 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
Xəlilov Şamil Rasim oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə barəsində 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 Süleymanov Emin Sahib oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə barəsində Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 Əliyev Novruz Arzu oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 32.5,311.3.3-cü  maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 Zalıyev Babək Hacı oğlu 22 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
 Ağaməmmədov Tural İrzəbəg oğlu 22 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 32.5,311.2 və 32.4,312.2-ci maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
Ardı var...



0.019102811813354