Yeni evlənən cütlük yanğından zəhərlənib
Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva və Akademik Musiqili Teatrda çalışan həmkarı Əmrah Dadaşov tüstüdən zəhərləniblər.
Paralel.az xəbər verir ki, bu barədə aktyor Ə. Dadaşov “Bizimləsən” proqramında danışıb. Onun sözlərinə görə, hadisə 13-cü mərtəbədə yerləşən mənzildə baş verib:
“Bloka çıxanda dedilər yanğın var, düşün aşağı. Asyaya dedim ki, hazırlaş çıxaq. Blokdan xəbərsiz idim. Yanğın 15-ci mərtəbədə başlayıb. Evimizlə bağlı tam məlumatlı deyiləm, amma deyirlər, yüngül zərər dəyib. Asyanın gözlərində problem var idi, yaxşı görə bilmir. Məndə isə nəfəsalma problemi yarandı. Həmin an dəhşət idi, indi-indi özümə gəlirəm. İndi dostlarımızın evindəyik. İki dəfə təcili yardım gəldi".
Züleyxa