“Səykasız a millət, nədir dəyərin?!”

“Səykasız a millət, nədir dəyərin?!”
 

 

 

Professor Səyka Qapışzadə və ona "yağlı" dissertant xəbəri gətirən Şərxanım Nəverimlinin qısa dialoqu:

- Professor Səyka Plagipulyeyənovna, iki dissertant var. 

- Ay qız, imkanlıdırlar?

- Bəli, professor. Birinin dədəsi Neft Şirkətində yekə vəzifədə işləyir. Biri də, nədir e o,  oğlu 1 milyona ayı əti kəsdirib yeyən adam, həmin o adamın yaxınıdır. Deyib, oğlunun ayıya xərclədiyinin onda birini verməyə hazırdır. Təki iş 1 aya hazır olsun. Diplomu təsdiqlətmək bu pula daxil deyil. O "yağlı tikə"ni dərhal Bozdar müəllim qapazladı.

- Eybi yox, ay Şəri, Bozdar İsizadə özgəsi deyil ki. İşləri birlikdə montaj edirik. O rəisin qızına da rəhbərliyi özüm edərəm. Şərxanım, and olsun beyət etdiyimiz Şeytani-r-rəcimə  ki, səni ərə verib bu yay Bodruma bal ayına göndərəcəyəm. 

-Sizdən yer-göy qədər razıyam, Səyka xanım. Vallah, uğrunuzda istənilən dürüst Allah bəndəsinə şər atıb gözünün içinə dirənməyə hazıram. Təki siz başımızın üstündən əskik olmayın. Siz olmasanız, bu institutun nə mənası olar?! Şair haqqınızda nə gözəl deyib: 

"Səykadır mehrabı rüşvətgirlərin, 

Səykasız ey institut, nədir dəyərin?!"

Paralel.az

0.046734094619751