Zaxarovadan AÇIQLAMA

Zaxarovadan AÇIQLAMA
 

 

 

Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd etmək üçün proqram hazırlanır.

Paralel.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.

“İndi biz həm rəsmi hissədə, həm də mədəni-humanitar məzmunda müvafiq fəaliyyət planlarının əlaqələndirilməsini başa çatdırırıq. Ümid edirəm ki, yaxın vaxtlarda müvafiq məlumatları paylaşacağıq”, - deyə Zaxarova bildirib.

 

Onun sözlərinə görə, 2022-ci ildə bir neçə belə diplomatik bayram var.

“Gələn il Rusiya ilə bir sıra postsovet ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi qeyd olunacaq. İndi bütün bunlar üzərində iş gedir. Təsdiqlənən kimi siz bundan xəbər tutacaqsınız”, - Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərin sualını cavablandırıb.

 

Röyal, Paralel.az

0.017259836196899