Münaqişə gündən-günə yüksəlir...
Çingiz Şahbazi
Ukrayna və Rusiya arasında münaqişə günbəgün yüksəlməkdə davam edir. Ukrayna işğal olunmuş torpaqlarını azad etməkdə israrlı görünsə də, ona həqiqi mənada yardım etmək istəyən kimsəni də görmək mümkün deyil. Bu da o anlama gəlir ki, təkbaşına Rusiyaya qarşı müharibə, Ukrayna xalqına baha başa gələ bilər. Görünən isə odur ki, Ukrayna torpaqlarında hərbi münaqişənin baş verməsi arzusunda olanlar da az deyil.
Rusiya və Ukrayna arasında müharibə baş verərsə, sözsüz ki bu müharibənin bölgəmizə və postsovet ölkələrinə təsiri olacaqdır. Rusiya siyasi cəhətdən öz separatçı hərəkətlərinə haqq qazandırmaq üçün, bu ölkələrin siyasi hakimiyyətindən dəstək almağa cəhd edəcək. Ola bilsin ki, siyasi baxımdan Ukraynaya bütün dünya dəstək sərgiləsin. Bizim də movqe bildirməyiniz şərt olacaq. Çünki, Ukrayna ikinci Qarabağ müharibəsində açıq şəkildə Azərbaycana dəstək verib və bu işdə Azərbaycana haqq qazandırıb.
Paralel.az