Ailəsi ölüm xəbərini təkzib etdi
Paralel.az xəbər verir ki, Hüquq müdafiəçisi Oktay Gülalıyevin ölümü ilə bağlı sosial şəbəkələrdə və bəzi media orqanlarında yayılan xəbəri ailəsi təkzib edib.
Məlumatın yanlış olması barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev Feysbuk hesabında məlumat paylaşıb.
“Atam Oktay Gülalıyevlə bağlı yazılan xoşagəlməz hadisə yanlışdır. Sağlığı, səhhəti yaxşıdır. Kimlərin nə niyyətlə yalnış məlumat yayması aydın deyil”, - T.Gülalıyev qeyd edib.
O, dəqiqləşdirilmədiyi halda yalnış məlumat yaymamaqla bağlı çağırış edib.
Şahnaz