Avropa Komissiyası Aİ-də məcburi vaksinasiya məsələsini müzakirə etməyi təklif edib
Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, Avropa İttifaqında COVID-19-a qarşı məcburi peyvənd məsələsi müzakirə oluna bilər. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen mətbuat konfransında deyib.
"Yetkinlərin təxminən 77 faizi peyvənd olunub, bütün əhalini götürsək, 66 faizdir. Beləliklə, Avropa əhalisinin üçdə biri peyvənd olunmayıb, bu da 150 milyon insan deməkdir. Bu, çox şeydir. Hər kəs peyvənd oluna bilər, lakin 30 faiz əhali hələ peyvəndlənməyib. Ona görə də mən indi bu müzakirəni aparmağı məqsədəuyğun hesab edirəm", - o, deyib.
Avropa Komissiyasının rəhbəri Avropa İttifaqının sakinlərinin peyvəndlərə həvəsləndirilməsi və məcburi peyvəndlə bağlı müzakirələrdən danışıb.
Akif Nəsirli