“Bu adam sınmır, sınmaq istəmir”

“Bu adam sınmır, sınmaq istəmir”
 

 

 

Çingiz Şahbazi yazır:

Cəmiyyətin bütün təbəqələrindən Saleh Rüstəmliyə azadlıq şüarı səslənir.Bu o deməkdir ki,Saleh Rüstəmli cinayətkar deyil və əksinə  Qarabağ müharibəsində qəhrəmanlıq göstərən qazidir. Vəziyyəti də günü gündən pisləşir.Bu adamı niyə azad etmək olmaz ki? Bu adam sınmır,sınmaq istəmir. Bu cəmiyyətə belə adamlar da lazımdır axı. Cəmiyyət elə belə olmalıdı da.Hamını eyni səpgidə fikirləşməyə məcbur etmək,gələcəyimizə tuşlanan silah deyilmi? Bolşeviklər kimi bəs etmədi davranmaq?Dünən bir nazir müavinini ölkə başçısı işdən çıxardı.Bilirsiniz nə deyir? Deyir mən prezidentin quluyam, o nə desə onu da etməyə hazıram. Əslində bu mövqe,bu cəmiyyətə ziyanlıdır.Belə adamlar həbs olunsa ziyanı yoxdur.Amma,biz əksini görürük.Mən, Saleh Rüstəmlinin azadlığa buraxılma aksiyasına dəstək verirəm.

Paralel.az

0.033701181411743