Akademşəbəkənin yeyimcil, ərköyün və impulsiv üzvü

 

Akademşəbəkənin yeyimcil, ərköyün və impulsiv üzvü 
 

 

İdris Abbasov:

2018-ci ilin iyun ayında yazmışdım ki, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu uşağımın dərman pulunu yeyib. Bəli, büdcəyə milyonlarla ziyan vuran, elmin, irfanın və ədəbin başına daş salan akademşəbəkə məni maddi sınağa çəkərək uşağın kompleks müalicəsinə imkan vermədi. Müalicə prosedurunun yarımçıqlığı ciddi fəsadlarını göstərməkdədir...

 Akademşəbəkənin "xidmətlər"i sayəsində Azərbaycanda tibbi yardım almağın mənası süründürməçilik, əsəb və əlavə fəsad deməkdir. Təki onların haramla bəsləyib eyş-işrətə qurşandıqları gül balalarının canı sağ olsun. Yanlarından yel ötən kimi Türkiyədən tutmuş Ameriakaya qədər xalqın haqqından və qanından yoğrulmuş milyonları tökürlər.

 Təsəvvür edin, akademşəbəkənin kələmdal, ağzı pərtovlu, mənliyi buxovlu, hərşeyşünas, ərköyün, çapıb-talayan, impulsiv, rektor vəzifəsinə susamış “daranqlet” bir üzvü kasıb həyatıma lağ edir,  acı həqiqətlər söylədiyim üçün mənə "zavallı" deyib məsxərəyə qoyur. Bu mənəviyyatsız əbləh sanır ki, dirbaşlıq akademiklik titulunu alıb çapıb-talamaq, saxta kitablara redaktorluq, sədrlik edib pul mənimsəmək və xalqın saf övladlarını əlinin altına salıb istismar etmək və ya şəbəkəsinə xidmətə cəlb etməkdir.

PS. Azərbaycan Respublikası Prezidentinin Dilçilik İnstitutunun maddi-texniki bazasını möhkəmləndirmək üçün akademiyaya ayırdığı 2 milyon manat hanı, ey savaddan, elmdən qədim dillərin tədrisi barəsində dil boğaza qoymadan müdrik məsləhətlər verən yeyimcil və ərköyün akademik?!

Akademşəbəkənin korrupsioner, rüşvətxor, 3-5 vəzifəni ələ keçirib söküb-dağıdan, millətin və dövlətin taleyinə biganə qalan üzvləri heç vaxt əfv olunmayacaqlar!

Paralel.az

0.036529064178467