"İŞÇİ" təqaüddə olan Polkovnik Elçin Nəbiyev

 

 

 

Dünənki qəzada şəhid olanların siyahısında "İŞÇİ" adlandırdıqları adam təqaüddə olan Polkovnik Nəbiyev Elçin Fikrət oğludur! O "İŞÇİ" ki Rəhmətlik Rail Rzayevin kadrı olub! Azərbaycanın baş şturmanı, Naviqasiya Atası (Отец Навигации), HHMQ və HHQ Baş Qərərgah Rəisi olub. İlk və yeganə azərbaycanlıdır ki, Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. Birinci Qarabağ Müharibəsi zamanı ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. 44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların müəlliflərindən biri, ön cəbhədə, məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biridir. Həm nəzəri, həm də praktiki cəhətdən peşəkar bir kadr olub!

Paralel.az

0.029704093933105