Minik avtomobili aşıb

Minik avtomobili aşıb
 

 

 

Hadisə rayonun Marsan kəndi ərazisində qeydə alınıb.

Paralel.az xəbər verir ki, Qax rayon Fıstıqlı kənd sakini, Rəhimov İbrahim Məhəmməd oğlu idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan cıxaraq aşıb.

Sürücü və sərnişin qismındə olan Fəstıqlı kənd sakini Nurullayev Ceyhun Ömər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı qaz borusu zədələndiyinə görə, Marsan kəndinin qaz təchizatı dayndırılıb.

Faktla bağlı araşdırma aparılır. 

 

Röyal ASAD

Paralel.az

0.018279075622559