Təyyarə niyə geri döndü? 

Təyyarə niyə geri döndü? 
 

 

 

AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı dumanlı hava olduğundan təyyarəni geri, hava limanına qayıtmağa qərar verib.

Paralel.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. , Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.

 

Röyal

0.026333093643188