BMT rəsmisi Azərbaycana başsağlığı verib
Paralel.az xəbər verir ki, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva özünün tviterdəki hesabında yazıb: “
Xızıda faciəvi helikopter qəzası xəbəri kədərləndirdi. Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
Züleyxa, Paralel.az