Xızıda helikopter qəzası

Xızıda helikopter qəzası
 

 

 

Ağa Hacıbəyli yazır:

Acı bir xəbər, ağrıtdı, dağladı sinəmizi. Sanki evlərimizə atəş düşdü. 14 igidin şəhidlik xəbəri göz yaşlarına boğdu məmləkəti. Vətən yasa büründü, səmadakı müəmmalı qəzadan. Hər biri qəhrəman, hər biri səma şahini, hər biri düşmən kabusu...14 şəhid, 3 min qardaşın qurumamış qanına qarışdı qanları, şəhidlər karvanına qoşuldu canları, Canlar canına qovuşdu şəhidlər. Yenə analar ağladı, hələ qurumamışdı gözlər. Aman Allahım bir xəyanətmi var bu işdə, yoxsa bir qəza? Düşmən əli, xain nəfəsimi var bu qəzada? Hər şey üzə çıxacaq. Zəfər qazanmış fateh bir Xalqın ümid işığını kimsə söndürə bilməz. Haqqı tanıyan bir millətin iradəsini kimsə sındıra bilməz. Artıq Vətənin şərəfi üçün qollar çırmalanıb. Dəmir yumruq yenədə bükülüb. Millət tikan üstə. Şəhidin bir damla qanı belə hesabsız qalmaz. Təqsirkarmı, məsuliyyətsizlikmi ? Rəzil bir cavab olar. Onlar zabitlərimiz, 20 ilin, 30 ilin çilə çəkmiş zatları. Hər birinin yetişməsi illərin zəhməti ilə gerçəkləşdi. Lakin Cənnət Vətənimizin əmin səmasında ..... başımızın üzərində, bəlkədə əllərimizin çatdığı bir yerdə amansız bir faciə baş verir. Şanlı Ordumuzun , Qazi Millətimizin itkisi .....

 Başın sağ olsun Anavətən. Başın sağ olsun Azərbaycan.  Allahım! Şəhidlərimizin məqamını ucalt. Onları Firdous cənnətinə müsafir eylə. Zalımların, fasiqlərin arzularını bağırsaqlarında çürüt, onları yox eylə. Xalqımızı hər cür bəla və müsibətdən uzaq eylə. Amin!

Paralel.az

0.04054594039917