Ağaəli lap ağ eləyir
III Yazı
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d., dos. Mətanət Tağıyeva yazır:
Kürdəxanı Bələdiyyəsini 20 ilə yaxındır yerli kadrlar idarə edirlər. Tez-tez sədr dəyişsə də hamı bir-birini tanıyır. Əslən Balaxanı, Məhəmmədi və başqa kəndlərdən olan bağ sakinləri kürdəxanılılarla qaynayıb qarışmışlar.
1882-ci ildə Bakının Kubinka məhəlləsindəki məşhur məscidi tikdirmiş malqara taciri Məşhədi Dadaşın Kürdəxanıda bir hektar torpağı var idi. Kişinin vədatından sonra bağ oğlu Məşhədi Əliheydərə, ondan qızı Şirvanxanıma və Şirvanxanımdan beş oğluna qalmışdır. Atam Rafiqə 22 sot
pay çatmışdır.
Təəssüf ki, heç bir əcdadım bağı özəlləşdirmək haqqında düşünməyib. Yeni zamanla ayaqlaşmaq arzum valideynlərimin qəzəbinə səbəb olurdu. "Oturmuşuq da. Əlimizdən alan yoxdur ki" deyə məni danlayırdılar.
Bir gün xoş və kədərli xəbər eşitdim. Qonşumuz Kamil Əliyev bələdiyyə sədri seçilmişdi. Əfsuslar ki, az-sonra oğlu Zaur avtomobil qəzasında həlak oldu. Anamla Kamil müəllim gilə başsağlığına gedəndə özəlləşdirmək istəyimi bildirdim. Kamil müəllim dedi ki, artıq bu mümkün deyil, lakin bələdiyyə ilə 10 illik icarə müqaviləsi bağlaya bilərəm, sonra torpağı özəlləşdirmək hüququ qazanacağam.
Bir qovluq sənədi "kiçik meriya"-ya apardıq. 1-ci dərəcə əlil olduğuma görə 24 sota qədər torpa\ı icarəyə götürə bilərdim. Kamil Əliyev və insaflı əməkdaşlar başa saldılar ki, ikiqat pay əldə eləmək üçün vergi və rüsumlara ikiqat xərcim çıxacaq. 16 il əvvəl kiçik elmi işçinin maaşı nə idi ki... K.Əliyev bağımızın yarısını daha bir 1-ci qrup əlilin - doğma bacım Aygünün - adına salağı təklif elədi. Hər ikimizə 50 faizlik güzəştə getməyi söz verdi. Aygün də sənəd topladı, amma son anda laqeydlik göstərdi.
Beləliklə, mən Kürdəxanı bağlarında sənədləri yaman-yaxşı qaydada olan yeganə şəxs oldum. Təbii ki, Kamil Əliyev də, indiki sədr Ağaəli Məsimov da mənə hansı yolla bağ çatdığını gözəl bilirlər. Görün Ağaəli baclılarıma nə deyir: "10 illik müqavilənizin vaxtı bitib. Mətanət xanım 10ci dərəcə əlil olduğu üçün torpağını müsadirə eləmirik".
Bərəkallah! Əvvəla, bağlarda yüzlərlə sənədsiz yerli sakin oturur. Yarısı yurdunu dəyər-dəyməzinə satır. Yeni bağçılar ya icra hakimiyyəti, ya da Polis işçiləridir. İkincisi, mən, ikiqat əlil, hansı fiziki və maddi gücümlə 22 sot ərazini məngirləyə bilərəm? Ulu babamın mirasını icarə adı ilə rəsmiləşdirmək azdır, hələ məni borclu çıxarırlar. Əlbəttə, yüz minlərlə rüşvət hara, mənim 18 manatlıq vergim hara!
Cənub və şərq hüdudlarımı - Mışhədi Dadaşın qudası Kərbəlayi Əliənnağının bağını - bələdiyyə talayıb doymadı, indi bir şikəst ziyalını incidir.
Üzümü dövlətə tutub deyirəm. Mən müstəqil Azərbaycanda şəxsiyyət kimi formalaşmışam. Müstəqil ölkənin ilk əlil fəlsəfə doktoru (elmlər namizədi)yəm. Bəstəkarlıq və yazıçlıqda az-çox tanınmışam. Görməmi itirəndən sonra eşitməmi itirsəm də hələ də elmi müəssisədə işləyirəm. Nə Prezidentin fərdi təqaüdündə gözüm var, nə də paralimpiyaçıların mükafatında. Dələduz qohumlarımın işğal etdiyi üç sot torpağımı
qaytarmaqda köməklik göstərməyi və islahatlara zərbə vuran günahkarları azadlıqdan məhrum etməyi xahiş edirəm.
Paralel.az