İtaliya səfirliyi Azərbaycana başsağlığı verib

İtaliya səfirliyi Azərbaycana başsağlığı verib
 

 

 

İtaliyanın Azərbaycandakı səfirliyi Azərbaycana başsağlığı verib.

Paralel.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.

"İtaliya səfirliyi bu gün Qaraheybət poliqonunda Azərbaycan ordusuna məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan ekipaj üzvlərinin ailələrinə dərin hüznlə başsağlığı verir”, - tvitdə qeyd olunub.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

 

Züleyxa

0.017579078674316