Marketdə nöqsanlar aşkar olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Paralel.az xəbər verir ki, istehlak zamanı şirniyyat məhsulundan qurd çıxması ilə bağlı KİV-də yayılan məlumat əsasında Agentlik əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən, fiziki şəxs Nağıyev Araz Fazil oğluna məxsus “Kazbek” marketdə plandankənar yoxlama keçirib. Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulduğu aşkar edilib. Belə ki, marketdə mal qonşuluğu prinsipinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı, həmçinin işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi, dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aparılmadığı müəyyən edilib.
Züleyxa, Paralel.az