“Kül bizim başımıza ki bizi QULLAR təmsil eləyir”
Vüqar Məmmədov yazır...
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad ediliblər.
İsmayıl İsmayılov açıqlamasında bildirib ki, bugünkü sərəncam onun üçün gözlənilməz olub:
“Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram. 15 il nazir müavini postunda oldum”.
Mən şəxsən gənclərimizin başında belə bir adamın olmasından xəcalət çəkdim.
Paralel.az