Yasamalda yol-nəqliyyat hadisəsi baş verib

Yasamalda yol-nəqliyyat hadisəsi baş verib
 

Paralel.az xəbər verir ki, Yasamal rayonu, Azərbaycan Dövlət Akademik Dram Teatrının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.  

Mərkəzi parka gedən yolunda iki “KİA” markalı avtomobil toqquşub. Maşınlardan birinin sürücüsü toqquşmadan yayınmaq istəyərkən idarəetməni itirib və yol kənarındakı qazon zolağına çıxıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 

Xəsarət alan olmayıb. Hər iki avtomobilə maddi ziyan dəyib.
A. Nəsirli

0.020001173019409