"Omikron" ştammı dünyanın 20-yə yaxın ölkə və regionunda aşkar edilib
Paralel.az iNTERFAX.RU-ya istinadən xəbər verir ki, çərşənbə axşamı Amerikanın CNN televiziya kanalı və digər Qərb KİV-ləri bildiriblər ki, 20-yə yaxın ölkə və regionda koronavirusun yeni ştampı olan "omikron" müəyyən edilib, yeni halların sayı artmaqda davam edir.
Son 24 saat ərzində İspaniya, Avstriya, Yaponiya və Fransanın xaricdə yerləşən Reunion adasında ilk "omikron" infeksiyası halları qeydə alınıb. Avstraliya, Belçika, Botsvana, Kanada, Çexiya, Danimarka, Almaniya, Çin (Honq-Konqda), İsrail, İtaliya, Hollandiya, Portuqaliya, Cənubi Afrika, İsveç və digər ölkələrdə yeni ştamla yoluxma halları artıq müəyyən edilib.
Bayden 29 noyabr 2021-ci ildə "omikron" COVID-19 ştammına görə çaxnaşmamağa çağirıb.
"The Guardian" xəbər verir ki, çərşənbə axşamı Şotlandiyada üç yeni yoluxma aşkarlanıb. Beləliklə, indiyədək Şotlandiyada yalnız doqquz "omikron" infeksiyası müəyyən edilib.
Şotlandiyanın Nazirlər Kabinetinin Səhiyyə üzrə katibi Həmzə Yusuf bildirib ki, virusun COP26 iqlim sammiti və ya Şotlandiya ilə Cənubi Afrika Respublikası arasında keçirilən reqbi matçı zamanı ölkəyə daxil olduğuna dair heç bir sübut yoxdur, lakin araşdırma davam edir.
Bu arada, Avstraliya noyabrın 25-də Qətərdən ölkəyə gələn turistdə yeni ştammın altıncı halını müəyyən edib. Xəstəyə peyvənd vurulduğu bildirilir. Eyni reysdə olan daha iki nəfərdə koronavirus aşkarlanıb, lakin onların hansı ştama yoluxduğu hələlik məlum deyil.
Reunion adasındakı "omikron" infeksiyası Fransa ərazisində ilk idi. CNN-in məlumatına görə, virus Mozambikə səfər edən 53 yaşlı kişidə aşkarlanıb.
Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, "omikron"u daha yoluxucu bir ştama çevirə bilən mutasiyalar səbəbindən onun sürətlə bütün dünyaya yayılma ehtimalı olduqca yüksəkdir. Yeni ştammla bağlı qlobal risk də ÜST tərəfindən son dərəcə yüksək kimi qiymətləndirilib.
"Omicron" noyabr ayında Cənubi Afrikada müəyyən edilmişdir. Mütəxəssislər hesab edirlər ki, o, təhlükə yarada bilər, çünki o, pandemiya zamanı alimlərin müəyyən etdiyi digər suşlarla müqayisədə daha sürətli yayılır və özündə çoxlu sayda mutasiyaları ehtiva edir.
Akif Nəsirli