Hansı binalarda işıq sayğacları MTK hesabına quraşdırılmalıdır?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.
Paralel.az Dövlət Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, işə baxılması zamanı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün elektrik sayğaclarının onların özləri ilə deyil, mənzil-tikinti kooperativləri ilə bağlanılan müqavilə əsasında quraşdırıldığı və nəticədə sayğacların dəyərinin istehlakçılardan tələb edilməsi müəyyən olunub.
Şahnaz, Paralel.az