Osman Gündüz:”Distantın hüquqi tənzimlənməsi öz həllini tapmayıb”
Son zamanlar onlayn və oflayn formatda tədbirlərin sayı artıb.
Müxtəlif səviyyəli tədbirlər hər zaman faydalı olub.
Amma bəzən elə olur ki, maraqlı tərəfin iştirakı təmin edilməyəndə gözlənilən nəticəni əldə etmək olmur.
Təhsil İnstitutu “Distant təhsildə çağırışlar və nailiyyətlər” adlı onlayn konfrans təşkil olunub. Xeyli əziyyət çəkilib, xeyli maraqlı, praktiki təqdimatlar var.
Amma mövzu üzrə əsas sualı, ölkədə distantla bağlı qanunverici mühitin vəziyyəti və gözləntilərlə bağlı moderatorun sualını konfransda cavablandıra biləcək şəxs tapılmadı.
Hansı ki, moderator mövzu üzrə ən aktual, ən vacib sualı vermişdi.
Doğrusu, məni də bu konfransda iştiraka maraqlandıran yeganə sual məhz bu idi.
Uzun müddətdir ki, TN distant tədris aparır. Artıq distantla təhsili başa vuranlara dövlət sənədi- attestat , diplom verilir .
Amma maraqlıdır ki distantın hüqui əsasları hələlik qeyri-müəyyəndir.
Həmçinin TN xaricdə, daha nüfuzlu universitetlərdə distantla təhsil alanların diplomlarını tanımır. Absurd vəziyyətdir.
Bütün bunlar isə onu göstərir ki, əsas problem, distantın hüquqi tənzimlənməsi öz həllini tapmayıb.
Bu tip Konfranslardan, rəsmilərin açıqlamalarından da görsənir ki, hələlik bununla bağlı TN-nin, hökumətin baxışları qeyri-müəyyəndir.
Paralel.az