Çingiz Şahbazi:”Ölkəmiz bölgənin avanqard statusunu əlinə almaqda...”

 

Çingiz Şahbazi:”Ölkəmiz bölgənin avanqard statusunu əlinə almaqda...” 
 

 

 

Ölkəmiz üçün son dərəcə uğurlu kecən İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən sammiti bir daha sübut etdi ki, Azərbaycan yeni geosiyasi məkanın ən mühüm və əvəzolunmaz oyunçusudur. Ölkəmiz bölgənin avanqard statusunu yavaş-yavaş əlinə almaqda, çox israrlı görünür.

   Azərbaycan həmçinin bütün dunyaya, bölgədə sülh və əməkdaşlıq nümunəsi göstərməkdədir. Siyasi və iqtisadi əməkdaşlıq, faydalı qonşuluq münasibətləri bölgə xalqlarına bir nümunədir. Bölgəmizin sabitliyi naminə, ölkəmizin sərgilədiyi bu əməkdaşlığa qarşılıqlı olaraq, bölgə ölkələrinin inteqrasiyası çox vacibdir.

   Ölkəmiz üçün son dərəcə uğurlu olan bu sammitdə, təşkilata üzv olan ölkələrin bir-birinə qarşı siyasi və iqtisadi baxımdan faydalı yaxınlaşmaları baş verdi.Yeni iqtisadi lahiyələrə imzalar atıldı.

   Təşkilata üzv olan ölkələrin bir çoxunda qaz-neft sənayesi inkişaf edir. Məhz bu təşkilatın vasitəsilə region ölkələrin enerji resurslarının Avropa bazarlarına çatdırılması işi də öz əksini müəyyən qədər tapmışdır.

   Bu baxımdan sammit, təşkilata üzv ölkələrin hər birinin marağını ifadə etdi.Ümid edirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı öz faydalı missiyasını gələcəkdə də davam etdirəcəkdir.

 

Paralel.az

0.021430969238281