Azərbaycan çempionuna hökm oxunub

Azərbaycan çempionuna hökm oxunub
 

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Paralel.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Rəhimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Fikrət Rəhimov kikboksinq üzrə Azərbaycan çempionu olub, beynəlxalq turnirlərdə medallar qazanıb.

Polis əməkdaşları tərəfindən F.Rəhimovda 6.758 qram narkotik maddə olan metamfetamin aşkarlanıb. Ona Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə ittiham verilib.

 

Şahnaz, Paralel.az

0.034042835235596