Erməni generalı: “1920-ci il xəritəsi ilə demarkasiya işləri aparılsa biz çox şey itirəcəyik ”

 

Erməni generalı: “1920-ci il xəritəsi ilə demarkasiya işləri aparılsa biz çox şey itirəcəyik ” 
 

 

“Ermənistan Qarabağı əlində saxlaya bilmədi. 30 il ərzində burada möhkəmlənə bilmədik. Qarabağı özünüküləşdirə bilmədik”.

Paralel.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan Sərhəd Qoşunlarının keçmiş komandanı, general- mayor  Armen Abrahamyan çıxış edib.

 

“Qorus-Qafan yolunun 21 kilometrlik hissəsi bizim ərazimizdən keçir, 1926-29-cu illərdə aparılan demarkasiya işlərində hər şey koordinatlarla təqdim olunur, hətta sərhədlərin təsviri də var. Ancaq biz 44 günlük müharibədə biz məğlub olduq. 1920-ci il xəritəsi ilə demarkasiya işləri aparılsa biz çox şey itirəcəyik ”, – deyə Armen Abrahamyan  bildirib.

Sərhəd Qoşunlarının keçmiş komandanının sözlərinə görə, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi illərlə, hətta 9 il davam edəcək, xüsusən də Ermənistanın indi düşdüyü şəraitdə başlasa bu dəhşətli olacaq.

 

Paralel.az

0.022128105163574