"ORANGE OYS LTD" şirkətini təsis edən məmur kimdir? 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri Elnur Həmid oğlu Süleymanov ötən ilin sentyabrında İngiltərədə ORANGE OYS LTD şirkətini təsis edib. OYS - Odlar Yurdu Sığorta şirkətinin adının abbreviaturasıdır. Şirkət biznes təsnifatına görə sığorta sahəsində fəaliyyət göstərir. 
Bu barədə tanınmış jurnalist Cavanşir Həsənli öz hesabında məlumat yayıb. 

Jurnlaist qeyd edib ki, Elnur Süleymanovun həkim işləyən anası Nəzakət Akif qızı Süleymanova 2014-cü ildə qeydiyyatdan keçmiş "ODLAR YURDU SIĞORTA BROKERİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİin təsisçisidir. Həmçinin 3 il əvvəl onun adı ötən il iflas elan edilmiş "Əmrahbank"la məhkəmə çəkişməsində keçib.
Cavanşir Həsənli bildirib ki, Elnur Süleymanov nazirlikdəki vəzifəsindən əvvəl Rusiyada müxtəlif sığorta şirkətlərində çalışıb, bizneslə məşğul olub, Çexiyanın məşhur Karlovi-Varı kurort şəhərində onun və ailə üzvlərinin daşınmaz əmlak şirkəti var. 


0.025381803512573