“Parnik sahibi” Çeşmi xanım professor olmağa hazırlaşır...
Novxanıdakı milyonluq qoşa bağ evlərini hansı pulla almısınız ?
Sözün düzü, “Narxoz”un keçmiş rektoru, sabiq millət vəkili Şəmsəddin Hacıyevin qızı, Ağstafanın icra başçısı Seymur Orucovun ömür-gün yoldaşı Çeşmi xanım Hacıyevanın elm aləminə gəlişi və yüksəlişi əsl möcüzədir. Soruşa bilərsiniz ki, niyə ?
Deməli, Çeşmi xanım “Narxoz”un qapısından içəri girən günü, yəni 1-ci kursda oxumağa başlayan kimi olub “Narxoz”da Tələbə Elmi Cəmiyyətinin sədri.
Adama deyərlər ki, bu xanım qızın dərsə gəldiyi 5 gün deyil, nə tez elmlə məşğul oldu, nə tez Tələbə Elmi Cəmiyyətinin sədri seçildi ?
İnsanda bir abır-həya da yaxşı şeydir ee.
Allah qoymasa, Çeşmi xanım “Narxoz”un qapısından içəri daxil olandan 5 gün sonra elm aləminə baş vurdu. Və 7 gün sonra “Narxoz”un Tələbə Gənclər Təşkilatının sədr müavini oldu.
Bax, belə rüsvayçılıqları görəndə, adamın matı-mutu quruyur.
Qoy bu adam heç olmasa universitetdə 1 il oxusun də.
Bu hələ harasıdır ?
Çeşmi xanım “Narxoz”un partasının arxasından duran kimi olub, “Narxoz”da dekan. Bəli, papasının yanında dekan.
Bilənlər bilir ki, universitetdə dekan olmaq üçün professorlar on illər çalışardı, kollektiv tərəfindən seçilərdi. Amma Çeşmi xanım 24 yaşında dekan oldu.
Digər tərəfdən axı “Korrupsiya haqqında qanun” qohumların eyni qurumda işləməsini korrupsiya vasitəsi kimi nəzərdə tutur. Bu xanım rektorun qohumu-zadı deyil e, qızıdır.
Hələ bu harasıdır ?
Bir müddət sonra dekan Çeşmi xanımın səsi Maştağadan gəldi. Bəlli oldu ki, Çeşmi xanım Mağtağada bağça müdirəsidir.
Dekan hara, bağça müdirəsi hara ?
Bir müddət sonra bəlli oldu ki, Çeşmi xanım “parnik” sahibidir və pomidor, xiyar yetişdirir. Və ən dəhşətlisi odur ki, Çeşmi xanımın pomidor, xiyara görə, daha doğrusu, “parnik”də istifadə etdiyi qaza görə, Azəriqaza 115 min manat borcu var. Bərəkallah Çeşmi xanım. 350 minlik avtomobildə İran şahının xanımı kimi Maştağaya gedib-gəlirsən, Azəriqaza da 115 min borcun var.
Çeşmi xanım, bir məsələ var e, lətifəsi səndən uzaq, deyir “ Fason xaraşo ee, amma..”
Amması odur ki, dövlətin borcunu niyə vermirsən ?
Yaxşı 350 min dəyərində avtomobili hansı pulla alımısan ?
Hələ bu harasıdır ee....
Çeşmi xanım indi də Kamal Abdullanın rəhbərliyi altında professor olmağa hazırlaşır.
Bəli, söhbət Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladan gedir.
Kamal Abdulla söz verib yaxın 3-4 ildə murtukulturalizm sahəsində 10-15 professor yetirşdirəcəm, onlardan biri də Çeşmi xanımdır.
Bəli, Çeşmi xanım həm də rektor Kamal Abdullanın murtukulturalizm üzrə müşaviridir.
İndi görək bu cütlüyün o biri tayı, yəni Çeşmi xanımın həyat yoldaşı, Ağstafanın icra başçısı Seymur Orucov nə işlər yapır.
Seymur Orucov da xanımı Çeşmi kimi partanın arxasından duran kimi olub, “Narxoz”un prorektoru.
Adam necə 25 yaşında prorektor ola bilər. Özü də Allah qoymasa, təlim-tərbiyə işləri üzrə prorektor.
Azərbaycan elmi əməlli-başlı fontan vurur.
Qaynata rektor, 25 yaşlı yeznəsi prorektor, 24 yaşlı qızı isə dekan...
Hələ bu harasıdır ?
Seymur Orucovun doğma dayısı, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyev bacısı oğluna söz verib ki, qudama, yəni Prezidentin o zamankı köməkçisi Əli Həsənova demişəm ki, səni rayonların birinə icra başçısı qoyaq.
Bəli, elə də oldu.
Seymur Orucov 34 yaşında Ağstafaya icra başçısı təyin olundu.
Gənc başçı kresloya oturan kimi mərhum sabiq icra başçısının bütün komandasını yığıb dedi ki, heç kimlə işim yoxdur, əvvəlki kimi işləyin...
Bəs nooldu, gənc kadrlar, islahat-filan, ay Seymur Orucov ?
Bəli, Seymur Orucov Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli keçirir, tenderdə özünə yaxın şirkətlər qalib olur, daha doğrusu, qalib elan edilir, yəni dövlətin vəsaitini mənimsəyir.
Bir sözlə, Seymur Orucov da kreslosunda oturtduğu mərhum icra başçısı Nizaməddin Quliyevin yolu ilə gedir.
Bunlardan soruşan yoxdur ki, Novxanıdakı milyonluq qoşa bağ evlərini hansı pulla almısınız, 350 minlik avtomobili sizə kim bağışlayıb ?
Deməli, hamısı rüşvətin hesabınadır.
Bir sözlə, Seymur Orucov Prezident İlham Əliyevin ona göstərdiyi etimadı çoxdan itirib.
Deməli, gənc Seymur da Nizaməddinin dalınca gedir…
Paralel.az