Almaz Həsrət: “Şikayətiniz varsa, öncə məktəbə müraciət edin”

Almaz Həsrət: “Şikayətiniz varsa, öncə məktəbə müraciət edin”
 



Almaz Həsrət yazır:
İndi yazdığımın məqsədi var. Hörmətli valideynlər şikayətinizi aidiyyatı qurumlara edin. Uyğun instansiyalara yazın ki, qane edə biləcək cavabı da ala biləsiniz.
Deməli belə...Valideynin biri zəng edir və hirslə deyir ki, şikayət etmişəm Səbinəyə. Sual verdik, hara və kimə? Təkrar dedi ki, Səbinəyə də, Ombudsmana. Deyirik, probleminiz nə olub ki, o quruma müraciət etmisiniz? Deyir uşağıma diqqət göstərilmir. Deyirik ki, sizə kömək üçün nə etməliyik biz? Əlimizdən gələn dəstəyi sizə etmişik və edirik də, səbrli olun, DİM-dən cavab gözləyirik hələ...
Demək məsələ belədi: Həmin valideynin övladının sənədlərinin vaxtında hazır olmamasından DİM keçirdiyi buraxılış imtahanında iştirak edə bilməyibmiş. Şagirdin şəxsiyyət vəsiqəsi yeni düzəlib. İndi də DİM aidiyyatı nümayəndəsinə rəsmi müraciət etmişik ki, bu şagirdimizlə bağlı məsələnin çözülməsinə dəstək olsunlar. Hələ cavabı gözləyirik. Valideyn də narazılığını Ombudsmana etdiyini və israrla bizdən imtahanın təşkilini tələb edir. Biz də ona məktəb olaraq elə səlahiyyət sahibi olmadığımızı, imtahan keçirib övladınıza şəhadətnaməni verə bilməyəcəyimizi bildiririk. Faydası yox, anlatdıqlarımızdan. Dedik ki, buyurun bizimlə bərabər siz də DİMə müraciət edin ki, tezliklə elan verilsin ki, imrahanlar başlasın. Övladınız da imtahanda iştirak etsin. Tezliklə bu problem həll olunsun.
Valideynlərin nəzərinə - şikayətiniz varsa, öncə məktəbə müraciət edin, sonra idarə və TN-ə. Məsələyə heç aidiyyatı olmayan qurumlara müraciət etməyin. Həm öz vaxtınızı, həm də aidiyyatı olmayan qurumların vaxtını boşuna sərf etməyin. Düzgün ünvana müraciət edin ki, doğru cavabınızı da alasınız.

Paralel.az

0.040329933166504