“Azərbaycan tamaşaçısı nə istəyir?”

“Azərbaycan tamaşaçısı nə istəyir?”
 



Son illərin dəbi olan peyk və kabel televiziyalarının ənənəvi TV-ləri sıxışdıracağı gözləntisi özünü doğrultmayıb. Onların heç biri Azərbaycan auditoriyasının tələblərini tam ödəyə bilmir.  “YouTube” kanalları da ın tamaşaçı çoxluğu və keyfiyyətli buraxılışlarla öyünə bilmir.
Teleaparıcı Turan İbrahimov 
reytinq cədvəlinə görə yerli tamaşaçıların Türkiyə telekanallarına daha çox baxdığını bildirib:
“Ümumiyyətlə, Azərbaycan telekanallarının izlənmə sayı həqiqətən azdır. Sosial şəbəkə hesabımda reytinq cədvəlini tez-tez paylaşıram. Cədvəldən görünür ki, ilk onluqda Türkiyə telekanallarıdır. Rusiya telekanalları həmin reytinq cədvəlinə ümumiyyətlə, düşmür. Azərbaycanda Rusiya telekanallarına cüzi sayda insan baxır. Türkiyə telekanallarına, əsasən seriallara və “TV-8” kanalının verilişlərinə baxırlar. Ən çox izlənən yerli ATV 11-ci yerdədir”.
Turan İbrahimovun sözlərinə görə, tamaşaçılar seçimlərini düzgün ifadə etmirlər. Onlar ailə-məişət mövzulu proqramları tənqid etsələr də, reytinq cədvəli bunun əksini deyir:
“Əsasən yerli seriallar, şou verilişləri və ailə-məişət mövzulu verilişlər daha çox izlənir. Amma siyasi tərkibli proqramlar reytinq yığa bilmir. İctimai TV-də, “Real”da bu mövzuda efirə gedən siyasi proqramların göstəriciləri çox aşağıdır. 
Cəmiyyətdə bir qədər ikiüzlülük, riyakarlıq var. Sosial şəbəkələrdə hər kəs özəl telekanallardan şikayətlənir, bu da normaldır, çünki sosial şəbəkə ilə telekanallara baxan auditoriya daban-dabana ziddir. Buna baxmayaraq, insanlar həm də ikiüzlülük edir, seçimi doğru bildirmirlər. Onlar sosial şəbəkə auditoriyasına xoş gələcək populizmlə məşğuldur”.

Paralel.az

0.01901912689209