Azərbaycan sevdalısı vəfat etdi

Azərbaycan sevdalısı vəfat etdi
 

Əliməmməd Nuriyev yazır:

"Dünən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Açıq Hökumət Platformasının fəal üzvlərindən, hər birimiz üçün doğma olan Əvəz Həsənovun vəfatı xəbəri bütün cəmiyyətimizi sarsıtdı. Əvəz Həsənov Azərbaycan vətəndaş cəmiyyətinin önəmli, ona çəki verən, nüfuz gətirən təmsilçisi idi. Gerçək bir Azərbaycan sevdalısıydı, bütün beynəlxalq tribunarlardan haqq səsimizi hayqırıdrı, çox prinsipial, doğru bildiklərini sona qədər müdafiə edən şəxsiyyətlərdəndir. Çox zaman əvvəlki dövrdə cəmiyyətimiz onun ideyalarını bəzən başa düşməkdə çətinlik çəkirdi, yaxud tan anlaşılmırdı, zaman onun bir çox məsələlərdə haqlı olduğunu göstərdi. Onun vəfatı ilə bağlı verilən reaksiyalar da göstərir ki, cəmiyyət bunun fərqinə varıb və sanki, hallaşmaq istəyir. Bundan sonra onun əziz xatirəsini yaşatmaq vətəndaş cəmiyyəti üçün bir borc olacaq. Əlimizdən gələni etməliyi ki, bu işıqlı insanın xatirəsi yaşasın.
Doğmalarına və yaxınlarına özüm və Açıq Hökumət Platforması adından dərin hüznlə başsağlığı verirəm! Allah Rəhmət eləsin!"

Paralel.az

0.021993160247803