İbrahim Nəbioğlu yazır...
Gecə vaxtı belə şeylər yazmaq istəməzdim. İstəməzdim ki, ovqatınızı təlx edim. Ancaq təəssüf ki, Peyvənd ədalətsizliyi və peyvənd saxtakarlığı yeni ştamların meydana gəlməsinə səbəb verir. Acınacaqlı haldır ki, Avropa artıq həyəcan təbili çalır. Görünən odur ki, bizi çox çətin qış ayları gözləyir...
Ümumdünya Səhiyyə Təşkilatı (WHO) yeni B.1.1.529 variantını əndişə verici növ olaraq təsnif etdi və ona Omicron adını verdi;
Pfizer yeni aşkar edilmiş Nu variantının peyvənddən qorunmadığı təsbit edərsə 100 gün ərzində xüsusi hazırlanmış vaksin hazırlayacağını açıqladı;
Avropa İttifaqı ölkələri yeni koronavirus variantına görə Afrikanın cənubundan bütün uçuşları dayandırdı;
Türkiyə bu gecədən etibarən Botsvana, Cənubi Afrika Cumhuriyyəti, Mozambik, Namibya və Zimbabve ilə bütün quru, hava, dəniz və dəmiryolu əlaqəsini kəsir;
Nu variantının ilk vaqeəsi Belçikada qeydə alınıb. Bu, Misirdən noyabrın 11-də qayıdan, simptomları 11 gün sonra ortaya çıxan peyvənd olunmamış gənc qadındır;
Almaniyada yeni Covid məhdudiyyətləri: 2 doza peyvənd olunmayan və ya son 6 ayda yoluxmayan hər kəs qapalı məkanlara yalnız 24 saatlıq testlə daxil ola biləcək; Peyvənd olunmayan şəxs xəstələnərsə, dövlətdən müavinət ala bilməyəcək.
Paralel.az