Türkiyədə evlənəcək cütlüklərə pulsuz SMA müayinəsi keçiriləcək
Paralel.az xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyi evlənəcək cütlüklərə pulsuz SMA müayinəsi keçirəcək.
Müayinə 81 əyalətdə nikahdan əvvəl həyata keçiriləcək. SMA irsi xəstəlik olduğundan, skrininq proqramı evlilikdən əvvəl daşıyıcı cütləri müəyyən etmək məqsədi daşıyır.
Belə ki, ailələrə körpənin xəstə doğula biləcəyi barədə məlumat veriləcək və doğuşa qədər tədbir görüləcək. Körpənin SMA ilə doğulmasının qarşısını almaq istəyən cütlüklər in vitro mayalanmaya yönəldiləcək.
Türkiyədə hər il orta hesabla 170 SMA-lı körpə doğulur.
Şahnaz