Ağdaşda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin Bərdə regional bölməsinin əməkdaşları tərəfindən Ağdaş rayonu, Məşəd kəndində fəaliyyət göstərən fiziki şəxs Qocayev Rahib Tofiq oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.
Şahnaz, Paralel.az