Alim qiyafəli canilər
Professor Nadir Məmmədlinin Elmi şurada prioritetləri açıqlaması, dövlətçilik maraqlarını, real elmi fəaliyyəti hər şeydən üstün tutacağını, dövlətin 1 manatının boşa xərclənməyəcəyini bəyan etməsi Dilçilik İnstitutunda əliəyriliyə, intriqaya, dövlət malını dağıtmağa, rüşvətə dadanmış şəbəkə üzvlərini bərk narahat edib. Onlar dezinformasiyalar yaymaqla, aranı qatmaqla vəziyyətə nəzarəti əldə saxlamaq niyyətindədirlər.
Ən azı son 10-15 ildə yeyintilərdə əli olan mələk donuna girmiş “alim” qiyafəli canilərin cinayətləri onlara xatırladılmadıqca və onlar cəzalarını almayınca dövlətçilik maraqlarının qorunması və dövlətin elm potensialının möhkəmləndirilməsi çox çətin olacaq.
PS. Bu gün dövlətimizə “savadlı” alimdən daha çox dürüst, vicdanlı və mənəviyyatlı vətəndaş lazımdır!
Paralel.az