Təhlükəli “İran sobaları”

Təhlükəli “İran sobaları”
 

Havaların soyuması ilə əlaqədar olaraq hər il olduğu kimi dəm qazından zəhərlənənlərin sayı durmadan artır. Son 1 ilin statistikasına nəzər salanda insan dəhşətə gəlir. Dəm qazı yenə can aldı başlıqlı xəbərlər insanları bir az da olsa məsuliyyətə cəlb etmədkənsə, ölüm hadisələrini bir-birinin boynuna yıxmaqdan başqa bir nəticə vermir. Rəsmi qurumlar isə burada gühahın əhalinin təhlükəsizlik tədbirlərinə düzgün riayət etməməsində görür. 
Son zaman isə dəm qazından ölüm hallardında İran sobalarının səbəb olması barədə də söz-söhbət dolaşmaqdadır. Bu iddianın dəqiq olub olmaması barədə apardığımız araşdırmadan bəlli olur ki, ucuz olan bu sobalar əhali tərəfində əlçatan olduğu üçün ölüm sayları da məhz bu sobalardan xaric olunan zəhərli qazlar səbəbilə artır.

Araşdırmadan bəlli olur ki, İrandan gələn peçlərin istilik təzyiqi 178 milli metr su tutumuna bərabərdir. 
Ancaq Azərbaycanda bu standart təsminən 130 milli metrdir. Bəzən 130 milli metrdən də aşağı olur. Ev sahibi bu assimetriyanı aradan qaldırmaq üçün ustaya mürciət edir və nəticədə onlar da bu sobaların avtomatikasını pozaraq qaz keçən yerini deşib böyüdürlər. Beləcə, karbon 4 oksid əvəzinə karbon 2 hasil olur. Bu da insanların ölümünə səbəb olan hadisələrə gətirib çıxarır.

Statistika...

Noyabrın 1-dən bu günədək Kliniki Tibbi Mərkəzə (KTM) dəm qazından zəhərlənmə faktı ilə bağlı 29 nəfər müraciət edib.

Mərkəzin mətbuat xidmətinin yaydığı məlumata görə, müraciət edənlərdən 15 qadın, 10 kişi, 4 uşaq olub. Xoşbəxtlikdən onlar arasında ölüm halı baş verməyib. Ancaq buna baxmayaraq il ərzində bu ölüm halları kifayət qədər baş verir.

Bəlkə də məsələyə sadə yanaşmaq lazımdır. Boğulmalar, insan tələfatları ən çox qış aylarında, vanna otaqlarında baş verir.

Bəs, buna səbəb nədir?

Həqiqətənmi burada ən böyük rol vətəndaş səhlənkarlığıdır. Məsələyə kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımovla aydınlıq gətirməyə çalışdıq. Müsahibin fikrincə, boğulmalar əsasən abonentlərin təhlükəsizlik qaydalarına əməl etməməsindən yaşanır.

“Biz xalq olaraq, istiyə meyilliyik. Soyuq olan kimi bütün qapı-pəncərəni bağlayırıq, havalandırmaya çox da fikir vermirik. Beləliklə də atmosferlə təmas tamam pozulur. Əmələ gələn dəm qazı tədricən yığılaraq, zəhərli qaza çevrilir”.

Ekspert təhlükəsizlik qaydalarına necə əməl olunmanın doğru yollarını da göstərib.

“Qış aylarında mütləq müasir isitmə cihazlarından istifadə etmək lazımdır. Hər bir elektrik cihazının bir istismar müddəti var. Bu 4 gözlü sobalarda 20 il, elektrik su qızdırıcılarında isə 10 ildir. Bu müddət bitdikdən sonra mütləq bu cihazlar dəyişdirilməlidir”.

N.Qasımov bu prosesin necə təhlükəli olduğunu da izah edib.

“Məsələn, 1 kubmetr qazın yanması üçün, 9.5 kubmetr hava lazımdır. Burada hava konsentrasiyası cihazlarda əmələ gəlir. Əgər bu isitmə cihazlarında hər hansı bir nasazlıq olarsa, burada hava konsentrasiyası pozulur və bu səbəbdən də ayrılmalı olan Karbon 4 oksid yox, Karbon 2 oksid ayrılır. Deməli, el dili ilə desək, zəhərsiz qaz ayrılmaqdansa, zəhərli qaz yaranır. Karbon 2 oksid də çox zəhərli qazdır. Onunla insana 7 dəqiqə nəfəs alması kifayətdir ki, zəhərlənsin”.

Ekspert əhali arasında gəzən “Qazın yaxşı təmizlənməməsi, keyfiyyətinin aşağı olması” söz-söhbətinə də aydınlıq gətirib. O, bildirib ki:

“Mən bu məsələyə birmənalı şəkildə yanaşıram. Onlar öz məsuliyyətsizliyindən əmələ gələn xoşagəlməz nəticələri başqalarının üzərinə yıxmağa çalışırlar. Bir sıra insanlar isə deyir ki, qaz zəhərlidir. Onlar əsasını bilmədən, heç bir sübutu olmadan boş ittihamlar səsləndirirlər. Mən rəsmi surətdə bəyan edirəm ki, qazın tərkibində heç bir zəhərli maddə yoxdur. Gəlin məsələyə bu aspektdən yanaşaq, belə hadisələr də tez-tez baş verir. Qarajda avtomobili qızınmaq üçün işə salırlar. Bir neçə saat keçəndən sonra isə adamlar ölür. Onda belə çıxır ki, benzinə də zəhər qatırlar. Yaxud keçmiş zamanlarda evdə ocağı kömürlə yandırardılar. Uşaqlara da tapşırırdılar ki, ocağa çox yaxın getməyin sizi dəm qazı tutar. Onda belə çıxır ki, kömürə də zəhər qatıblar.

Bu dəm qazı karbohidrogenlərin yanması nəticəsində əmələ gələn qeyri-natamam yanmanın məhsuludur. Bu da insanı zəhərləyib, öldürür. Əgər qaz zəhərli olsaydı, onda gərək ölüm hadisələri kütləvi şəkildə olardı. Dəm qazından boğulmalar insanların etinadsızlığından, məsuliyyətsizliyindən irəli gəlir. Qazdan istifadə qaydalarından xəbərsizdirlər”.

Təhlükəni önləmək üçün nə etməli?

Ekspert bu hadisələrin qarşısını almaq üçün görülən təhlükəsizlik qaydalarından da danışıb:

“Təhlükəsizlik qaydasına görə, vanna otağının sahəsi 7.5 kub metrdən balaca olmamalıdır. Hündürlüyü ən azından 2.5 metr olmalıdır. Bu adi təhlükəsizlik qaydalarıdır. 
Qapının aşağısında mütləq dəliklər olmalıdır ki, çöldən gələn təmiz hava ilə vanna otağındakı hava təmizlənsin. Bundan sonra hamam otağının qapısı mütləq çölə açılmalıdır. Dəm qazı tutan adamın huşu itməmiş, çölə çıxa bilsin. Təsəvvür edin, zəhərlənən insan qapını açmaq istəsə və o içəri açılırsa yıxılacaq qapının arxasına və onu xilas emək çətinləşəcək, bəlkə də mümkün olmayacaq. Bundan əlavə vanna otağının mütləq nəfəsliyi olmalıdır ki, içəridəki hava ilə çöldəki hava ilə təmas etsin. Bu zaman hava zəhərli maddələrdən təmizlənir. 1 saat ərzində vanna və mətbəx otaqlarının havası mütləq 3 dəfə dəyişilməlidir”.

Paralel.az

0.030234813690186