Peyvənd olunmuş bəzi əcnəbilər üçün Aİ-yə girişi açıla bilər

Peyvənd olunmuş bəzi əcnəbilər üçün Aİ-yə girişi açıla bilər
 

Paralel.az xəbər verir ki, Avropa Komissiyası koronavirusa qarşı ÜST tərəfindən təsdiqlənmiş peyvəndlərlə peyvənd edilmiş şəxslər üçün girişin açılmasını təklif edir.

İndi turistlər Avropa tibbi tənzimləyicisi tərəfindən təsdiq edilmiş dərman vasitəsi və peyvənd sertifikatı ilə Avropa İttifaqının sərhədini keçə bilərlər. Təklif təsdiqlənərsə, o zaman Çin peyvəndi ilə peyvənd olunmuşlar üçün də Aİ-yə giriş açıla bilər.

Bu düzəlişlərin qüvvəyə minməsi üçün onlar Aİ Şurası tərəfindən təsdiqlənməlidir. Onlar isə ən təzi yanvarın 10-dan işə başlaya bilərlər.

Qeyd edək ki, "Sputnik V" peyvəndi ilə peyvənd olunanlar bu yenilikdən təsirlənməyəcək. Çinin "Sinopharm" peyvəndindən fərqli olaraq Rusiya peyvəndi hələ ÜST-dən icazə almayıb.
Akif Nəsirli

0.021656036376953