Soyuqdan donmaq təhlükəsi

Soyuqdan donmaq təhlükəsi
 
İsti yerdə oturu, qanun qəbul etməyə nə var ki!
 
Paralel.az xəbər verir ki, havalar soyuduqca, vətəndaşların kommunal sektordan şikayətlərinin da sayı artır. Qazın, işığın qiymətinin artması, insanları çıxılmaz vəziyyətə salıb. Abşeron rayonunda yaşayan, əmək veteranı Qulam kişi deyir ki, aldığı pensiyanın tam yarısını evinin qızdırılmasına xərcləyir. Məlum məsələdir ki, Bakıətrafı qəsəbə və kəndlərin böyük əksəriyyətində markəzləşdirilmiş istilik sistemi mövcud deyil. Məhz bu səbəbdən də, insanlar ev və mənzillərini müxtəlif üsullarla- qaz, işıq, hətta, odunla-qızdırmaq məcburiyyətindədirlər. Bu sahədə tətbiq olunan və heç bir sosial ədalət prinsipinə uyğun olmayan limit sisteminin tətbiqi, çoxuşaqlı ailələr üçün ən ağır problemlərdən birinə çevrilib. Qış aylarında ayrılan limit heç 2-3 aya belə yetmədiyindən həmin ailələr qazı baha qiymətə almaq zorunda qalırlar. Qulam kişi də haqlı olaraq deyir ki,»ermənilər, gürcülər, avropalılar mənim qazımla qızındıqları halda, mənim balalarım, nəvələrim nə üçün soyuqdan donmalıdırlar? Mənə də, deputatlar, məmurlar qədər pensiya versələr, danışmaram, amma 300 manat pensiya verirlər, onun da tam yarısını qaz pulu adı ilə əlimdən alırlar, mən dərdimi kimə deyim, ay bala!»   
Mənə belə gəlir ki, media belə suallara cavab verməkdə acizdir. Çünki medianın səsini eşidən bir kimsə yoxdur bu məmləkətdə. Bu kimi suallara, ancaq aidiyyəti qurumlar, eləcə da, Tarif Şurası və bu qanunları qəbul edən Milli Məclisin üzvləri cavab verə bilərlər.
Yusif 
0.0071499347686768