Borrell: 75 min Ukrayna əsgərinə təlim keçiləcək

Borrell: 75 min Ukrayna əsgərinə təlim keçiləcək
 

Avropa İttifaqı qışın sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin 75 min hərbi qulluqçusuna təlim keçəcək.

Paralel.az xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib.

“Biz artıq 60 min ukraynalı hərbçiyə təlim keçmişik, qışın sonuna qədər bu rəqəm 75 min olacaq. Təlimlərin Ukrayna ərazisinə keçirilməsi ilə bağlı konsensus yoxdur”, - diplomat vurğulayıb.

 

0.081614971160889