Dərman mafiyası
Ölkəmizdə onlayn «dərman» satışını kimlər idarə edir?
Paralel.az xəbər veriri ki, ölkəmizdə dərman mafiyasının fəaliyyəti günü-gündən genişlənir. Yəni, həkimlər bu məhsula «təlabatı» artırır, dərman mafiyası da, bu təlabatı müxtəlif üsullarla təmin edərək milyonlar qazanır. İnsanların sağlamlığı isə heç kimin marağında deyil. Məsələn, Son zamanlar sosial şəbəkə platformasından insanlara təklif olunan dərmanlara (bir çox hallarda onlar ümumiyyətlə, dərman belə deyil, sadəcə qida əlavələridir) diqqət edək. Həmin «dərmanlar» sosial şəbəkələrdə geniş reklam olunsalar da, onların ölkəmizə kimlər tərəfindən və necə gətirildikləri heç kimə məlum deyil. Bəziləri isə bunun, hətta dövlət proqramı olduğunu iddia etməkdən belə, çəkinmirlər.
Bir çox hallarda sosial şəbəkədə, «siz mətbəxdə istifadə etdiyiniz adi sodaya 2 damcı əlavə etməklə, bir çox xəstəliklərdən həkimsiz, dərmansız qurtula bilərsiniz» kimi elanlara rast gəlirik. Amma həmin 2 damcının nə olduğunu isə heç kim açıqlamır, əvəzində isə hansısa bir «dərmanı» onlayn almağı təklif edirlər. Bu, insanlarda müəyyən inamsızlıq yaratsa da, son nəticədə xəstəlikdən qurtulmaq istəyi inamsızlığa üstün gəlir və insan dərman mafiyasının toruna düşür. Burada bir məqama da xüsusiylə diqqət çəkir ki, dərmanın yaratdığı möcüzələr haqqındakı şərhlər də, sanki bir nəfərin qələmindən çıxıb.
Görəsən, Azərbaycan insanının sağlamlığına məsul olan dövlət qurumları bütün bunları görmür? Görürsə və bunun insanlara bir xeyri varsa, nə üçün onlardan leqal fəaliyyət göstərmələrini tələb etmirlər?
Yusif Seyid