Yaponiya COVID-19-a görə vətəndaşlara 15,8 milyard dollar ödəyəcək

Yaponiya COVID-19-a görə vətəndaşlara 15,8 milyard dollar ödəyəcək
 

Yomiuri: Tokio hakimiyyəti pandemiya zamanı əhaliyə kömək etmək üçün 15,8 milyard dollar ayıracaq

Paralel.az xəbər verir ki, Tokio hakimiyyəti COVID-19 pandemiyası ilə mübarizədə əhaliyə kömək etmək üçün 1,8 trilyon yen (təxminən 15,8 milyard dollar) ayırmaq qərarına gəlib. Bu barədə TASS yerli “Yomiuri” nəşrinə istinadən xəbər verir.

Qeyd edilir ki, Yaponiya hökuməti bu ödənişləri 2022-ci maliyyə ili üçün dövlət büdcəsi layihəsinə daxil edib. 174 dollarlıq paketi
yardımın bir hissəsi olaraq plastik kart şəklində şəxsiyyət vəsiqəsi olan bütün sakinlərin hər biri alacaq.

Bu halda pulun alınmasının şərti vətəndaşın həmin kartlardan tibbi sığorta kimi istifadəsinə razılıq verməsi olacaq və onlar həm də bank hesabına bağlanmalıdır.

Beləliklə, hakimiyyət vahid şəxsiyyət vəsiqələrinin populyarlığını artırmaq istəyir. Hazırda yaponların yalnız 39 faizi onlardan istifadə edir.

Daha əvvəl Milli Genetika İnstitutunun professoru İturo İnoue bildirmişdi ki, Yaponiyada COVID-19-a yoluxma halları virusun delta ştammının daimi mutasiyalar səbəbindən özünü məhv etməsindən sonra azalıb.

Bundan əlavə, ölkədə peyvəndlərin yüksək göstəriciləri və infeksiyadan qorunma tədbirlərinə riayət edilməsi hesabına yoluxmaların sayı azalmaqdadır.
Akif Nəsirli

0.019261837005615