60 manat sizin 1 stəkan "çaypulu"nuzdur cənab məmurlar, insaf edin!
Məcburi köçkünlərin mənzil-məişət şəraitininyaxşılaşdırılması ilə bağlı istifadəyə verilmiş bir neçəqəsəbədə müvəqqəti məskunlaşmış köçkünlərqazanxananın fəaliyyət göstərmədiyi ilə bağlı şikayət edib.
Məlumat üçün bildiririk ki, Azərbaycan RespublikasıPrezidentinin 23 yanvar 2017-ci il 1206 nömrəli “Məcburiköçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahidaylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal vədigər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Bu məbləğ təbii qaz, elektrik enerjisi, istilik, suvə məişət tullantıları ilə bağlı xərclərin məcburi köçkünlər tərəfindən ödənilməsi üçün nəzərdə tutulub. Qazanxanaların fəaliyyətində yaranmış fasilələr vəgecikmələr məcburi köçkünlərin isti su və istilik təchizatınagörə ödənişləri vaxtında ödəməməsi ilə bağlıdır.
Hazırda bir neçə qəsəbədə istilik və isti su ilə təmin edənqazanxanalarda qış mövsümü ilə əlaqədar olaraq, son tamamlama işləri aparılır və qarşıdakı günlərdə işəsalınması gözlənilir.
Şahnaz Salehqızı