Görəcəkli günlərimiz varmış!

Görəcəkli günlərimiz varmış!
 

 

Saytlar belə bir xəbər paylaşıblar ki, AMEA-nın prezidenti maaşını alan Ramiz Mehdiyev tabe qurumlardan birindəki iclasda Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib...

Allah, sən saxla! Görəcəkli günlərimiz varmış!

Gör kim, nədən danışır?!

Uzun illər ölkə elmini qeyri-rəsmi “kurasiya” etmiş, Korrupsiyaya qarşı mübarizə komissiyasına rəhbərlik (üç kəlmə ixtisar olunsa məzmun lap yerinə oturar - !) etmiş bir adam bu gün çox rahatca, vicdanına əziyyət vermədən qanun pozuntusundan, korrupsiya faktlarından bəhs edir. 

Allah qoymasa, hamımızın qəflət yuxusundaymışıq kimi “idarəetmə ustası” deyib öydüyümüz baş bürokrat indi akademiyanın idarəetməsindəki hərc-mərclikdən gileylənir.

Sən demə, bu adam Ulu öndər Heydər Əliyevin, Müzəffər Prezident İlham Əliyevin kölgəsində iri, gövdəli görünürmüş. Onlar çəkildikdən sonra özü olaraq qalıb - zavallı, nəlbəkidə fırtına aşiqi, ömrünün qürub çağında nə xalqa, nə də ki, noizənbillah, elmə verəcəyi bir şeyi olmayan zahid birisi!

Biri yandan çimdikləsin ki, qoca, bəsdir, az bu akademiyanı qarışdır, əvvəlcə öz ətrafındakı üfunəti “dezinfeksiya” elə, elmin “fatihə”sini verməyə tələsmə, həyatdır, bir də baxdın ki, inşAllah ki, yaxın zamanlarda kiməsə lazım oldu.

Çox danışmayım, zira, işıq üzü görəcək silsilə məqalələrimin, yaxın zamanlarda parçalarını dərc edəcəyim “Master və Marqarita” adlı siyasi-publisistik kitabımın baş personajıdır.

 

Paralel.az

0.052594184875488